"Vilyarreal" "Qarabağ" üzərində qələbə ilə öz rekordunu yenilədi

"Vilyarreal" "Qarabağ" üzərində qələbə ilə öz rekordunu yenilədi UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ" üzərində səfər qələbəsi İspaniya "Vilyarreal"ı üçün əlamətdar hadisə ilə yadda qalıb.
Futbol
1 Noyabr , 2020 09:43
Vilyarreal Qarabağ üzərində qələbə ilə öz rekordunu yenilədi

UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ" üzərində səfər qələbəsi İspaniya "Vilyarreal"ı üçün əlamətdar hadisə ilə yadda qalıb.

"Report" xəbər verir ki, bu, La Liqa təmsilçisinin bütün dövlərdə avrokuboklarda ən yaxşı startı kimi tarixə düşüb.

İndiyədək qrup mərhələsinin ilk 2 matçında heç vaxt ardıcıl qələbə qazanmayan komanda ən yaxşı halda 4 xal toplaya bilib.

Həmçinin, "Vilyarreal" bu nəticə ilə avrokuboklarda məğlubiyyətsiz səfər oyunları seriyasını 12-yə çatdırıb.

Qeyd edək ki, "Qarabağ" İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi