"Vilyarreal"ın hücumçusu "Qarabağ"la matçı buraxır

"Vilyarreal"ın hücumçusu "Qarabağ"la matçı buraxır İspaniyanın "Vilyarreal" klubunun aparıcı futbolçularından hesab olunan Jerar Moreno zədələnib.
Futbol
12 Oktyabr , 2020 16:27
Vilyarrealın hücumçusu Qarabağla matçı buraxır
Jerar Moreno

İspaniyanın "Vilyarreal" klubunun aparıcı futbolçularından hesab olunan Jerar Moreno zədələnib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, tibbi müayinədən sonra 28 yaşlı hücumçunun 3 həftəyədək sıradan çıxdığı müəyyənləşib.

Məşqdə xəsarət alan Morenonun sol ayağının bud nahiyyəsində problem aşkarlanıb. Təcrübəli forvardın yaxın iki həftə ərzində sıraya dönməyəcəyi dəqiqdir. O, zədəsini tez sağaltmasa, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la II tur matçını da buraxacaq. Morenonun yaşıl meydanlara qayıtma müddəti zədənin sonrakı vəziyyətindən asılı olacaq".

Qeyd edək ki, "Qarabağ" I qrupundakı ikinci matçını oktyabrın 29-da evdə "Vilyarreal"a qarşı keçirəcək. Ağdam təmsilçisi ilk turda İsrail Makkabisinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi