"Vilyarreal"ın hansı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq?

"Vilyarreal"ın hansı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq? UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq İspaniya "Vilyarreal"ında zədəli fuolçuların durumuna aydınlıq gəlib.
Futbol
27 Oktyabr , 2020 09:36
Vilyarrealın hansı futbolçuları Qarabağa qarşı oynamayacaq?

UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq İspaniya "Vilyarreal"ında zədəli futbolçuların durumuna aydınlıq gəlib.

"Report" "futbolfantasy.com" saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisinin 2 oyunçusu - Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçı buraxacağı dəqiqdir. Həmçinin Pervis Estupinyan böyük ehtimalla meydana çıxa bilməyəcək.

Əvəzində Jerar Moreno və koronavirusdan sağalmış Sofian Çakla sıraya qayıdıb. Dizində zədəsi olan Funes Morinin isə oyuna kimi hazır olub-olmayacağı sual altındadır.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi