"Vilyarreal"ın futbolçusu: "Qarabağ"a qarşı matç asan olmadı"

"Vilyarreal"ın futbolçusu: "Qarabağ"a qarşı matç asan olmadı" İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.
Futbol
1040
30 Oktyabr , 2020 09:12
Vilyarrealın futbolçusu: Qarabağa qarşı matç asan olmadı
Alfonso Pedraza

İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.

"Report"un məlumatına görə, 24 yaşlı cinah oyunçusu "Twitter"də matç barədə fikirlərini bölüşüb.

90 dəqiqə meydanda olan ispaniyalı oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi