"Vilyarreal"ın futbolçusu: "Qarabağ" əla komandadır"

"Vilyarreal"ın futbolçusu: "Qarabağ" əla komandadır" "Bu matçda qələbə qazanmaq çox önəmlidir. Qrup birinci olmaq istəyirik və bu səbəbdən 3 xal əldə etməliyik".
Futbol
28 Oktyabr , 2020 16:17
Vilyarrealın futbolçusu: Qarabağ əla komandadır

"Bu matçda qələbə qazanmaq çox önəmlidir. Qrup birincisi olmaq istəyirik və bu səbəbdən 3 xal əldə etməliyik".

"Report"un məlumatına görə, bu fikirləri İspaniyanın "Vilyarreal" komandasının futbolçusu Karlos Bakka Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

34 yaşlı təcrübəli hücumçu bildirib ki, sabah əla rəqibə qarşı oynayacaqlar: "Oyuna köklənmişik. Komanda olaraq motivasiyalı və istəkliyik. Qələbə qazanmq çətin olacaq. Amma biz kim olduğumuzu göstərmək üçün qrupda birinci yeri tutmalıyıq".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi