"Viktoriya"nın sabiq baş məşqçisi: "Qarabağ" çox keyfiyyətli rəqibdir"

"Viktoriya"nın sabiq baş məşqçisi: "Qarabağ" çox keyfiyyətli rəqibdir" "Qarabağ" çox keyfiyyətli rəqibdir".
Futbol
17 Avqust , 2022 15:23
Viktoriyanın sabiq baş məşqçisi: Qarabağ çox keyfiyyətli rəqibdir

"Qarabağ" çox keyfiyyətli rəqibdir".

"Report"un məlumatına görə, bunu "Viktoriya" (Plzen) komandasının sabiq baş məşqçisi Roman Pivarnik Çexiya təmsilçisinin "köhlən atlar"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl "İsport"a açıqlamasında deyib.

2016/2017 mövsümündə ölkə çempionunun sükanı arxasında olan 55 yaşlı mütəxəssis "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqları III təsnifat mərhələsinin oyunlarını xatırlayıb: "Bu, çox gözəl xatirələrdir. Çünki səfər oyunundan sonra mərhələ adlamışdıq. Rəqib burada yetəri qədər qiymətləndirilmirdi. Amma çox keyfiyyətli, yüksək büdcəli və əla oyunçuları olan komanda idi".

Pivarnik Plzendəki ilk görüşdə hesabın açılmadığını söyləyib: "Həmin vaxt Yan Baranek meydandan qovulmuşdu və görüşü 10 nəfərlə başa vurduq. Bakıda 1:1 hesablı heç-heçə qeydə alındı və səfər qolu sayəsində mərhələ adladıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

Son xəbərlər

Orphus sistemi