Veteran futbolçu Messini "Qızıl top"a layiq görmür

Veteran futbolçu Messini "Qızıl top"a layiq görmür Fransa millisinin sabiq futbolçusu Patris Evra bu il "Qızıl top" mükafataının ölkəsinin PSJ klubunda çıxış edən Lionel Messiyə verilməsini istəmir.
Futbol
16 Noyabr , 2021 19:45
Veteran futbolçu Messini Qızıl topa layiq görmür

Fransa millisinin sabiq futbolçusu Patris Evra bu il "Qızıl top" mükafataının ölkəsinin PSJ klubunda çıxış edən Lionel Messiyə verilməsini istəmir.

"Report"un məlumatına görə, veteran müdafiəçi yerli mətbuata açıqlamasında argentinalı hücumçunun buna layiq olmadığını bildirib.

Onun sözlərinə görə, 34 yaşlı forvardın namizədlər siyahısında olması belə, haqsızlıqdır: "Messi bunun üçün nə edib? Ona "Qızıl top"u verməkdən bezdik. Argentina millisi ilə Amerika Kubokunu qazandı. Bəs, İspaniya "Barselona"sında nə etdi"?

O, İngiltərənin "Çelsi" klubunun formasını geyinən Jorjinyonun mükafatı hamıdan çox haqq etdiyini söyləyib.

Qeyd edək ki, Patris Evra karyerası ərzində Fransada "Monako" və "Marsel", İngiltərədə "Mançester Yunayted" və İtaliyada "Yuventus" kimi komandaların şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi