Veteran futbolçu: "Legiya"da vacib qolları Mahir Emreli vurub"

Veteran futbolçu: "Legiya"da vacib qolları Mahir Emreli vurub" "Klub doğru yoldadır. Macarıstan "Ferentsvaroş"undan İqor Çartin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Lirim Kastrati kimi vacib oyunçular alınıb. Bunlar çox yaxşı transferlərdir"
Futbol
16 Sentyabr , 2021 15:52
Veteran futbolçu: Legiyada vacib qolları Mahir Emreli vurub

"Klub doğru yoldadır. Macarıstan "Ferentsvaroş"undan İqor Çartin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Lirim Kastrati kimi vacib oyunçular alınıb. Bunlar çox yaxşı transferlərdir. Çünki həmin oyunçular əvvəlki klublarında çempionluq uğrunda mübarizə aparıblar və təzyiq onları üstələyə bilməz".

"Report"un məlumatına görə, bunu Polşa "Legiya"sının sabiq futbolçusu İvitsa Vrdolyak Varşava təmsilçisinin Rusiyada Moskva "Spartak"ına 1:0 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu barədə "port.tvp.pl" saytına açıqlamasında deyib.

2010 - 2016-cı illərdə paytaxt klubunun formasını geyinmiş 38 yaşlı xorvatiyalı veteran müdafiəçi dünənki qarşılaşmada bir neçə futbolçunun çıxışını yüksək qiymətləndirib. O, Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də fərqləndirib: "Bəzi futbolçuların oyununu qeyd etmək olar. Məsələn, bunadək vacib qolları Emreli vurub. Ernest Muçi "Spartak"a qarşı əla oynadı. Kastrati isə öz çıxışını qolla tamamladı".

Qeyd edək ki, "Spartak"la oyunda meydana start heyətində çıxan Mahir Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.

Son xəbərlər

Orphus sistemi