Vəli Qasımov Rusiya klublarındakı maaşını açıqladı

Vəli Qasımov Rusiya klublarındakı maaşını açıqladı Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov vaxtilə çıxış etdiyi Rusiyanın Dinamo və Spartak klublarındakı məvacibinin məbləğini açıqlayıb.
Futbol
1060
25 May , 2020 12:28
Vəli Qasımov Rusiya klublarındakı maaşını açıqladı

Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov vaxtilə çıxış etdiyi Rusiyanın "Dinamo" və "Spartak" klublarındakı məvacibinin məbləğini açıqlayıb.

"Report"un məlumatına görə, "Championat"a danışan keçmiş hücumçu Moskva təmsilçilərində az maaşa oynadığını bildirib.

O, sözügedən klublarda yaxşı mükafat verildiyini söyləyib: "Maaşlar az idi, bonusların hesabına yaşayırdıq. "Spartak"ın mükafatları "Dinamo"dan çox idi. Orada hər qələbəyə görə təqribən 500 ABŞ dolları verirdilər. "Dinamo"da isə bu rəqəm 250 ABŞ dolları idi. Amma klublarda maaşlar eyni idi: 2-3 min rubl. Biz müasir futbolçular kimi böyük pullar qazanmırdıq".

Qeyd edək ki, 1992-ci ilin ilk yarısını "Spartak"da keçirən Vəli Qasımov 6 oyunda meydana çıxsa da, qol vura bilməyib. Mövsümün ikinci hissəsində isə "Dinamo"da çıxış edən sabiq hücumçu 16 oyunda 17 dəfə fərqlənərək çempionatın bombardiri olub. Moskva təmsilçisindən sonra İspaniya "Betis"inə keçən veteran futbolçu bu ölkənin "Albasete", "Esixa", "Vitoriya" və "İmortal" klublarının formasının geyinib. Qasımov Azərbaycanda isə "Neftçi"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi