Vəli Qasımov: "Ferentsvaroş"la matçda "Qarabağ"ın bəzi oyunçuları çatdırmırdı"

Vəli Qasımov: "Ferentsvaroş"la matçda "Qarabağ"ın bəzi oyunçuları çatdırmırdı" "Bəlkə də meydanda istədiyimiz "Qarabağ"ı görə bilmədik. Düzdür, futbolçular döyüşdülər, topu özlərində daha çox saxladılar. Amma bəzi oyunçuların çatdırmadığı göründü".
Futbol
4 Avqust , 2022 16:52
Vəli Qasımov: Ferentsvaroşla matçda Qarabağın bəzi oyunçuları çatdırmırdı
Vəli Qasımov

"Bəlkə də meydanda istədiyimiz "Qarabağ"ı görə bilmədik. Düzdür, futbolçular döyüşdülər, topu özlərində daha çox saxladılar. Amma bəzi oyunçuların çatdırmadığı göründü".

"Report"un məlumatına görə, bunu "Şamaxı" Futbol Məktəbinin koordinatoru və ötənlərin məşhur hücumçusu Vəli Qasımov "Qarabağ"ın Bakıda Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə jurnalistlərə açıqlamasında deyib.

54 yaşlı mütəxəssis "köhlən atlar"ın hücumunda dəqiqliyin çatmadığını bildirib: "Düşünürəm ki, bu, heyətdəki itkilərlə bağlı idi. Hesaba əsasən deyə bilərəm ki, sanki bu oyun olmayıb, komandalar hər şeyə sıfırdan başlayacaqlar. "Qarabağ" səfərdə daha yaxşı oynamalıdır ki, mərhələni keçsin. Ağdam təmsilçisi ilk matçda özünü tam yaxşı tərəfdən göstərməsə də, komandaya inanırıq. Öz oyununu göstərə bilsə, istəyinə çatacaq".

O, Rusiya futbolundan yaxşı tanıdığı "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovun futbol adamı kimi keyfiyyətlərini də xarakterizə edib: "Onun diqqət yetirdiyi əsas məqam nizam-intizamdır. Futbolçu kimi də intizamlı olub. Bir də məşqlərdə futbolçulardan 100 faizlik performans tələb edir. İstəyir ki, oyunçular hazırlıqda canlarını ortaya qoysunlar".

Qasımov rusiyalı mütəxəssisin uzun illər öncə komanda axtardığını və həmin ərəfədə Bakıya gəldiyini söyləyib: "Kimin dəvət etdiyini bilmirəm. Çünki çoxdan olub. Sıx münasibətimiz olmasa da, həmin vaxt görüşmüşdük".

Qeyd edək ki, Vəli Qasımov karyerası ərzində "Neftçi"də, Ukraynanın "Dnepr", "Metallist", Rusiyanın "Spartak" (Moskva) və Dinamo (Moskva) klublarında, İspaniyanın "Betis", "Albasete" və "Esixa" komandalarında, həmçinin, Portuqaliyanın "Vitoriya" və "İmortal" kollektivlərində çıxış edib.

Son xəbərlər

Orphus sistemi