Vəkillər arasında beynəlxalq futbol turnirinin qalibi "Azərbaycan 1" komandası olub - FOTO - VİDEO

Vəkillər arasında beynəlxalq futbol turnirinin qalibi "Azərbaycan 1" komandası olub - FOTO - VİDEO Azərbaycan Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri başa çatıb.
Futbol
6 Oktyabr , 2019 22:01
Vəkillər arasında beynəlxalq futbol turnirinin qalibi Azərbaycan 1 komandası olub - FOTO - VİDEO

Azərbaycan Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə "Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri" başa çatıb.

"Report"un xəbərinə görə, oktyabrın 3-dən 6-a qədər baş tutan turnirdə 10 ölkədən 16 komanda iştirak edib.

Turnirin yekun günündə üçüncü yer uğrunda Qazaxıstan komandası ilə İranın Təbriz komandası görüşüb. Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Qazaxıstan komandası bürünc medal qazanıb.

Daha sonra final oyunu keçirilib. Həlledici görüşdə iki Azərbaycan komandası ("Azərbaycan 1" - "Azərbaycan 2") mübarizə aparıb. Qarşılaşmada 5:1 hesabı ilə qələbə qazanan "Azərbaycan 1" komandası qızıl medala sahib olub. Qarşılaşmada Ülvi Əliyev 3, Valeh Mehrəliyevlə Ümman Ağamalıyev hərəyə 1 dəfə fərqləniblər. "Azərbaycan 2" komandasının yeganə qolunu Kazım Vəliyev vurub.

Sonda mükafatçılara turnirin təşkilatçıları tərəfindən medallar və kuboklar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi