“Beşiktaş” braziliyalı hücumçusu ilə yollarını ayırır

“Beşiktaş” braziliyalı hücumçusu ilə yollarını ayırır Bakı. 24 dekabr. REPORT.AZ/ Qış fasiləsində Türkiyənin “Beşiktaş” klubunu tərk edəcək daha bir futbolçu müəyyənləşib.
Futbol
24 Dekabr , 2018 17:20
“Beşiktaş” braziliyalı hücumçusu ilə yollarını ayırır

Bakı. 24 dekabr. REPORT.AZ/ Qış fasiləsində Türkiyənin “Beşiktaş” klubunu tərk edəcək daha bir futbolçu müəyyənləşib.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, bu, Vaqner Lavdır. İstanbul təmsilçisi ilə 2020-ci ilin iyununa qədər müqaviləsi olan 34 yaşlı braziliyalı hücumçu qarşılıqlı razılaşma əsasında klubdan ayrılacaq.

Bu ilin yanvarında “Beşiktaş”a keçən Lav karyerasını vətənində davam etdirəcək. Onun “Flamenqo” ilə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, “Beşiktaş” bir müddət əvvəl mərkəz müdafiəçisi Pepe ilə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi