Vaqif Cavadovun keçmiş komanda yoldaşı məşq vaxtı dünyasını dəyişib

Vaqif Cavadovun keçmiş komanda yoldaşı məşq vaxtı dünyasını dəyişib Hadisə ilə əlaqədar FİFA və UEFA başsağlığı verib
Futbol
5 İyun , 2017 22:41
Vaqif Cavadovun keçmiş komanda yoldaşı məşq vaxtı dünyasını dəyişib

Bakı. 5 iyun. REPORT.AZ/ Çinin "Beytszin Enterprayz Qrup" klubunun futbolçusu Şeyk Tiote məşq vaxtı huşunu itirərək, dünyasını dəyişib. "Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar FİFA və UEFA, eləcə də mərhumum çıxış etdiyi bütün klublar başsağlığı verib.

Qeyd edək ki, Şeyk Teute əvvəllər İngiltərənin "Nyukasl", Hollandiyanın "Tvente" və "Roda", həmçinin Belçikanın "Anderlext" komandalarında forma geyinib. O, Kot d`İvuar yığmasında 50-dən çox oyun keçirib və 2015-ci ildə Afrika Millətlər Kubokunu qazanıb. Teute "Tvente"də çıxış etdiyi vaxt Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun komanda yoldaşı olub. Onlar Hollandiya çempionluğu əldə ediblər. 

Son xəbərlər

Orphus sistemi