Vaqif Cavadov: "Evimin və maşınımın qapısını bağlayıb bura gəlmişəm"

Vaqif Cavadov: "Evimin və maşınımın qapısını bağlayıb bura gəlmişəm" "Qaziantep BB"dən getsəydim, orada qalar və 3-4 günə sənədlərimi yığıb gələrdim"
Futbol
8 Yanvar , 2015 17:15
Vaqif Cavadov: Evimin və maşınımın qapısını bağlayıb bura gəlmişəm

Bakı. 8 yanvar. REPORT.AZ/ "Türkiyə mətbuatında hərə bir şey yazır: futbolu bilənlər də, futboldan kənarda olanlar da. Məntiqlə götürsək, hər şey ola bilər. Çünki türklər bütün azərbaycanlı futbolçulara bir az başqa gözlə baxırlar. Ancaq biz onlardan nəinki geri, hətta irəlidəyik". Bunu "Report"a açıqlamasında Türkiyənin I Liqasında çıxış edən "Qaziantep BB" klubunun futbolçusu Vaqif Cavadov deyib.

26 yaşlı hücumçu "Qaziantep BB"dən göndərildiyinə dair Türkiyə mediasının xəbərlərini təkzib edib: "Axı komandadan necə gedə bilərəm ki, yanvarın 4-də oyuna çıxmışam və həmin axşam da Bakıya tətilə gəlmişəm. "Qaziantep BB"dən getsəydim, orada qalar və 3-4 günə sənədlərimi yığıb gələrdim. Ancaq belə olmadı, mən evimin və maşınımın qapısını bağlayıb bura gəlmişəm. Mətbuatda yazılanlar əsassızdır. Klubla müqaviləm davam edir. Hələ 6 ay da "Qaziantep BB"də olacağam və anlaşmamın daha bir il artırılması özümdən asılıdır". 

Qeyd edək ki, Vaqif Cavadov "Qaziantep BB" ilə 2014-cü ilin yayında 1+1 illik müqavilə bağlayıb.  

Son xəbərlər

Orphus sistemi