PSJ-nin prezidenti və FIFA-nın keçmiş baş katibi rüşvətdə ittiham olunur

PSJ-nin prezidenti və FIFA-nın keçmiş baş katibi rüşvətdə ittiham olunur Fransanın PSJ klubu və BeIN Sports idman kanallarının sahibi Nasser Əl-Xəlafiyə futbol üzrə dünya çempionatı və Konfederasiyalar Kubokunun yayım hüquqlarının satışı işi üzrə ittiham irəli sürülüb.
Futbol
20 Fevral , 2020 17:04
PSJ-nin prezidenti və FIFA-nın keçmiş baş katibi rüşvətdə ittiham olunur

Fransanın PSJ klubu və "BeIN Sports" idman kanallarının sahibi Nasser Əl-Xəlafiyə futbol üzrə dünya çempionatı və Konfederasiyalar Kubokunun yayım hüquqlarının satışı işi üzrə ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə İsveçrə Baş Prokurorluğunun rəsmi saytında məlumat yerləşdirilib.

Bu məsələdə qətərli iş adamı ilə yanaşı, FIFA-nın keçmiş baş katibi Jerom Valkenin də əlinin olduğu iddia edilir. O, rüşvət almaqda və sənədləri saxtalaşdırmaqda şübhəli bilinir.

İsveçrə Baş Prokurorluğu hesab edir ki, J.Valke 2013-2015-ci illərdə FIFA-dakı vəzifəsindən sui-istifadə edərək İtaliya və Yunanıstandakı beynəlxalq turnirləri yayımlamaq hüququnu əvvəlcədən müəyyənləşdirilmiş şirkətlərin əldə etməsinə köməklik göstərib. Söhbət 2018 - 2030-cu illərdə keçirilməsi nəzərdə tutulan dünya çempionatı və Konfederasiyalar Kubokundan gedir. Keçmiş baş katibin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunur.

Prokurorluğun bildirdiyinə görə, N.Əl-Xəlaifi teleyayım hüquqlarına yiyələnmək üçün Valkeyə Sardiniyada villa hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi