Vahid Ələkbərov "Spartak" klubundakı qalmaqala münasibət bildirib

Vahid Ələkbərov "Spartak" klubundakı qalmaqala münasibət bildirib Onun fikrincə, azarkeşlərin boykot qərarı klub menecmentinin perspektivinə çox güclü təsir edə bilər
Futbol
27 Oktyabr , 2018 14:13
Vahid Ələkbərov Spartak klubundakı qalmaqala münasibət bildirib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Massimo Karreranın baş məşqçi postundan istefaya göndərilməsindən sonra Rusiyanın "Spartak" klubunda qalmaqal başlayıb. 

"Report"un məlumatına görə, azarkeşlər italiyalı mütəxəssisin qovulmasına etirazlarını bildiriblər. Onların "Anji" ilə ölkə kubokunun 1/8 final matçını boykot edəcəkləri bildirilir. 

Məsələyə klubun əsas səhmdarı olan "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov münasibət bildirib. O, yaranmış vəziyyətdən elə də məmnun olmadığını söyləyib. Əslən azərbaycanlı milyarderin fikrincə, boykot qərarı klub menecmentinin perspektivinə çox güclü təsir edə bilər.  

Qeyd edək ki, "Spartak" və "Anji" noyabrın 1-də üz-üzə gələcəklər. Massimo Karrera oktyabrın 22-də qarşılıqlı razılıq əsasında istefaya göndərilib. Hazırda komandada baş məşqçi səlahiyyətlərini ispaniyalı Raul Rianço yerinə yetirir. Onun rəhbərliyi altında Moskva təmsilçisi Şotlandiya "Reyncers"i ilə Avropa Liqasının III tur oyununda heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi