Vadim Ratse: "Bordin Azərbaycan yığmasının zəif tərəflərini bizə göstərəcək"

Vadim Ratse: "Bordin Azərbaycan yığmasının zəif tərəflərini bizə göstərəcək" "Yaxşı nəticəyə ehtiyacımız var"
Futbol
5 İyun , 2021 15:09
Vadim Ratse: Bordin Azərbaycan yığmasının zəif tərəflərini bizə göstərəcək

"Qarşılaşma psixoloji baxımdan bizim üçün vacibdir. Yaxşı nəticəyə ehtiyacımız var".

"Report"un məlumatına görə, bu fikirləri Moldova millisinin futbolçusu Vadim Ratse Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Roberto Bordin bu gün rəqibi onlar üçün analiz edəcək: "Azərbaycan yığmasının güclü və zəif tərəflərini öyrənəcəyik. Ümid edirik ki, müsbət nəticə qazanacağıq. Həqiqətən də bunu çox istəyirik.

Ratse qarşılaşmanın azarkeşlərlə keçirilməsinə də toxunub: "Fanatlardan ötrü darıxmışıq. Onlar tribunalarda əyləşəndə daha asan olur. Çünki azarkeşlər bizi hər zaman qələbəyə səsləyirlər. Bunun üçün onlara minnətdarıq".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi