V İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin baş məşqçisi bəlli olub

V İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin baş məşqçisi bəlli olub bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib
Futbol
2 Fevral , 2022 13:13
V İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin baş məşqçisi bəlli olub
Samir Əliyev

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev olacaq.

"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Milli assosiasiya rəsmisi oyunlara hazırlığın martda start götürəcəyini bildirib: "Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü və 3 sərbəst yaşa malik futbolçular iştirak etməlidir. Vaxt baxımından çətinlik olacaq. Çünki avqustda 10 komandalı Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları gerçəkləşəcək. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək".

Son xəbərlər

Orphus sistemi