Əfsanəvi idmançı Ronaldunu Messidən üstün tutdu

Əfsanəvi idmançı Ronaldunu Messidən üstün tutdu Yamaykalı atlet seçim etməkdə çətinlik çəkdiyini bildirib
Futbol
164
8 Aprel , 2021 20:23
Əfsanəvi idmançı Ronaldunu Messidən üstün tutdu

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt İspaniya "Barselona"sının kapitanı Lionel Messi ilə İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunu müqayisə edib.

"Report"un məlumatına görə, yamaykalı atlet "La Gazzetta dello Sport"a açıqlamasında seçim etməkdə çətinlik çəkdiyini bildirib.

Buna baxmayaraq, əfsanəvi idmançı portuqaliyalı hücumçunu fərqləndirib: "Mənim üçün seçim etmək asan deyil. Çünki Argentina millisinə azarkeşlik etməklə yanaşı, Ronaldunun böyük pərəstişkarıyam. Ona "Mançester Yunayted"də çıxış etdiyi vaxtdan heyranam. Düşünürəm ki, onun Messidən əsas fərqi özünü fərqli çempionatlarda göstərməsidir. Bu səbəbdən də Ronaldunu seçirəm".

Qeyd edək ki, Useyn Bolt həm də 11 qat dünya çempionu, 8 dünya rekordçusudur. O, karyerasını 14 avqust 2017-ci ildə başa vurub.

Son xəbərlər

Orphus sistemi