Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.
Bu barədə 24 yaşlı hücumçu özünün "Facebook" səhifəsində yazıb.
Şeydayev qeyd edib ki, azyaşlı uşaqlar onun kim olduğunu bilməyiblər: "Kürdəmirdən qayıdanda Şamaxıda uşaqlarla futbol oynadıq. Axırda soruşuram ki, tanıdınızmı mən kiməm. Dedilər "hə,
Qeyd edək ki, Ramil Şeydayev dünən Kürdəmirdə yerli sakinlərlə görüşüb, futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.