Uroş Matiç: "Özümü "Qarabağ" azarkeşlərinə sevdirəcəyəm"

Uroş Matiç: "Özümü "Qarabağ" azarkeşlərinə sevdirəcəyəm" "Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur, avrokuboklarda müntəzəm çıxış edir, bu da mənim seçimimdə əsas rol oynadı".
Futbol
26 İyul , 2020 12:32
Uroş Matiç: Özümü Qarabağ azarkeşlərinə sevdirəcəyəm
Uroş Matiç

"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur, avrokuboklarda müntəzəm çıxış edir, bu da mənim seçimimdə əsas rol oynadı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın yeni futbolçu transferi Uroş Matiç klubun rəsmi saytına açıqlamasında deyib. 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindəki hədəflərindən də danışıb: "Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var. Çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrilmişəm. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".

Qeyd edək ki, serb əsilli makedoniyalı oyunçu ilə 2+1 illik müqavilə bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi