Upamekanonun "Bavariya"ya keçəcəyi təsdiqləndi

Upamekanonun "Bavariya"ya keçəcəyi təsdiqləndi Almaniyanın "Leyptsiq" komandasının futbolçusu Dayot Upamekano karyerasını "Bavariya"da davam etdirəcək
Futbol
13 Fevral , 2021 00:33
Upamekanonun Bavariyaya keçəcəyi təsdiqləndi
Dayot Upamekano

Almaniyanın "Leyptsiq" komandasının futbolçusu Dayot Upamekano karyerasını "Bavariya"da davam etdirəcək.

"Report" xəbər verir ki, Münhen klubunun idman direktoru Həsən Salihamiciç "Bild" nəşrinə açıqlamasında məlumatı təsdiqləyib.

Fransalı müdafiəçi ölkə çempionu ilə 5 illik müqavilə imzalayacaq. İddiaya görə, "Bavariya" 23 yaşlı oyunçu üçün 42,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 2017-ci ildən "Leyptsiq"də çıxış edən Dayot Upamekano cari mövsümdə 26 oyun keçirib və bir qol vurub.

Son xəbərlər

Orphus sistemi