Unay Emeri: "Qarabağ"la oyundan sonra qol buraxmamışıq"

Unay Emeri: "Qarabağ"la oyundan sonra qol buraxmamışıq" "Rəqibin demək olar ki, heç bir qol epizodu olmadı. Komandanın oyunundan razıyam. Amma avrokuboklarla yanaşı, La Liqanı da düşünməliyik".
Futbol
426
6 Noyabr , 2020 09:06
Unay Emeri: Qarabağla oyundan sonra qol buraxmamışıq
Unay Emeri
0 : 00
0 : 00

"Rəqibin demək olar ki, heç bir qol epizodu olmadı. Komandanın oyunundan razıyam. Amma avrokuboklarla yanaşı, La Liqanı da düşünməliyik".

"Report"un məlumatına görə, bu fikirləri İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda evdə İsrail "Makkabi" (Təl-Əviv) klubunu 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının inkşaf etdiyini bildirib: "Gənc və təcrübəli oyunçuların meydanda bir-birini yaxşı başa düşməsi bizim üçün vacibdir. Onlar yaxşı balans yarada bildilər. İnkişaf etməyə davam edirik. "Sivasspor" və "Qarabağ"la oyunlardan başqa, digər matçlarda qol buraxmamışıq".

Qeyd edək ki, 3 oyundan maksimum xal toplayan "Vilyarreal" I qrupunun lideridir.

Son xəbərlər

Orphus sistemi