Unay Emeri: "Bakıdakı finalda məğlubiyyət Premyer Liqadakı nəticəmizə təsir etdi"

Unay Emeri: "Bakıdakı finalda məğlubiyyət Premyer Liqadakı nəticəmizə təsir etdi" “Bakıda “Çelsi”yə qarşı keçirdiyimiz finalın ilk hissəsində taktiki baxımdan yaxşı oynadıq. Fikrimcə, matçda nəzarəti tam şəkildə əlimizə ala bilərdik”.
Futbol
30 Dekabr , 2019 09:43
Unay Emeri: Bakıdakı finalda məğlubiyyət Premyer Liqadakı nəticəmizə təsir etdi

“Bakıda “Çelsi”yə qarşı keçirdiyimiz finalın ilk hissəsində taktiki baxımdan yaxşı oynadıq. Fikrimcə, matçda nəzarəti tam şəkildə əlimizə ala bilərdik”.

“Report” xəbər verir ki, bunu goal.com saytına müsahibəsində İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Unay Emeri bu il Bakıda Londonun digər təmsilçisi “Çelsi”yə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının final oyunu haqda danışarkən deyib.

48 yaşlı ispaniyalı mütəxəssisin sözlərinə görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmanın ikinci hissəsində Eden Azarın fəallığı rəqibin qələbəsini təmin edib. Emeri bildirib ki, “Çelsi”yə məğlubiyyət “Arsenal”ın İngilərə Premyer Liqasında çıxışına da mənfi təsir göstərib və komanda 5-cü yeri tutaraq Çempionlar Liqasından kənar qalıb: “Premyer Liqada sahilə doğru üzsək də, ora çatandan sonra “öldük”.

Qeyd edək ki, Unay Emeri noyabrın 29-da uğursuz nəticələrlə əlaqədar “Arsenal”ın baş məşqçi postundan istefaya göndərilib. Onu həmyerlisi Mikel Arteta əvəzləyib.

Son xəbərlər

Orphus sistemi