Unay Emeri Avropa Liqasında rekordçu oldu

Unay Emeri Avropa Liqasında rekordçu oldu Unay Emeri UEFA Avropa Liqasını qazanan ilk baş məşqçi kimi tarixə düşüb.
Futbol
208
27 May , 2021 02:32
Unay Emeri Avropa Liqasında rekordçu oldu

Unay Emeri UEFA Avropa Liqasını qazanan ilk baş məşqçi kimi tarixə düşüb.

"Report"un məlumatına görə, ispaniyalı mütəxəssis turnirin dördüncü dəfə qalibi olaraq, mütləq rekorda imza atıb. 50 yaşlı mütəxəssis bu dəfə "Vilyarreal"a titul qazandırıb. Onun komandası finalda İngiltərə "Mançester Yunayted"ini əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında üstələyib - 11:10. Daha 3 kuboku isə Emeri "Sevilya"da əldə edib.

Bu göstəricidə ikinci yerdə Covanni Trapattoni qərarlaşıb. Joze Mourinyo, Dieqo Simeone, Rafael Benites, Xuande Ramos və Luis Molovninin isə 2 kuboku var.

Qeyd edək ki, final qarşılaşması Polşanın Qdansk şəhərindəki "Enerqa Qdansk" stadionunda keçirilib.

Son xəbərlər

Orphus sistemi