Ukraynanın daha bir klubu müharibəyə görə çempionatdan imtina edib

Ukraynanın daha bir klubu müharibəyə görə çempionatdan imtina edib "Sumı" futbol komandası növbəti mövsüm Ukraynanın II Liqasında iştirak etməyəcək.
Futbol
7 İyul , 2022 15:12
Ukraynanın daha bir klubu müharibəyə görə çempionatdan imtina edib

"Sumı" futbol komandası növbəti mövsüm Ukraynanın II Liqasında iştirak etməyəcək.

"Report"un məlumatına görə, bu barədə klubun direktoru Roman Soroka yerli mətbuata açıqlamasında bildirib.

Funksioner müharibə səbəbindən bu addımı atdıqlarını söyləyib: "Klub mövcud olmağa davam edir. Amma biz hamımız başa düşürük ki, bu gün Ukraynada, regionda, Sumıda vəziyyət necədir. Ona görə də belə vaxtda futbol üçün büdcə vəsaitlərindən istifadə edə bilmərik".

Qeyd edək ki, daha əvvəl "Alyans", "Viktoriya" və "Trostyanets"in də çempionata qatılmayacağı bəlli olub.

Son xəbərlər

Orphus sistemi