Ukraynalı qapıçı Azərbaycan klubuna instaqram vasitəsilə keçib

Ukraynalı qapıçı Azərbaycan klubuna instaqram vasitəsilə keçib "Azərbaycana gedişim təsadüf nəticəsində alındı. Bir nəfər mənə instaqramda yazdı və müqaviləni skan etdi. 4 aylıq sözləşməyə imza atdıqdan sonra bu ölkəyə yollandım".
Futbol
5068
14 Dekabr , 2021 18:08
Ukraynalı qapıçı Azərbaycan klubuna instaqram vasitəsilə keçib

"Azərbaycana gedişim təsadüf nəticəsində alındı. Bir nəfər mənə instaqramda yazdı və müqaviləni skan etdi. 4 aylıq sözləşməyə imza atdıqdan sonra bu ölkəyə yollandım".

"Report"un məlumatına görə, bu fikirləri "Kəpəz"in sabiq qapıçısı Sergey Litovçenko Gəncə klubuna keçidi barədə "meta-ratings.com.ua" saytına müsahibəsində deyib.

Ukraynalı qolkiper Azərbaycandakı karyerasının yaxşı alınmadığını bildirib: "Altı aydan sonra pulları da geri qaytardıq. "Kəpəz"lə bağlı çox da yaxşı təəssüratlarım qalmayıb. Düzünü desəm, oraya qayıtmaq istəməzdim. Hətta Gürcüstanda Azərbaycandakından daha çox pul qazanırdım".

Qeyd edək ki, hazırda Qazaxıstanın "Akjayık" klubunda çıxış edən Sergey Litovçenko 2018-ci ildə "Kəpəz"in formasını geyinib. Komanda I Diviziona düşdükdən sonra 34 yaşlı qolkiperlə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi