Ukraynalı mütəxəssis "Sabah"ın baş məşqçisinə təşəkkür etdi

Ukraynalı mütəxəssis "Sabah"ın baş məşqçisinə təşəkkür etdi "Məndən əvvəl "Olimpik"in baş məşqçisi Visente Qomez olub. O, oyunçulara ispan futbolunun texnikasını aşılayıb".
Futbol
28 Dekabr , 2020 18:40
Ukraynalı mütəxəssis Sabahın baş məşqçisinə təşəkkür etdi
İqor Klimovski

"Məndən əvvəl "Olimpik"in baş məşqçisi Visente Qomes olub. O, oyunçulara ispan futbolunun texnikasını aşılayıb".

"Report"un məlumatına görə, bu fikirləri Ukrayna "Olimpik"inin baş məşqçisi İqol Klimovski klubun rəsmi saytına açıqlamasında hazırda "Sabah"a rəhbərlik edən Visente Qomesin sabiq komandasındakı işini dəyərləndirərkən deyib.

45 yaşlı mütəxəssis ispaniyalı həmkarına təşəkkür edib: "Onun başladığı işi davam etdirməyə çalışırıq. Qomesdən çox şey öyrənmişəm. Ona minnətdaram".

Qeyd edək ki, 2019/2020 mövsümündə "Olimpik"in baş məşqçisi olmuş Visente Qomes cari mövsümün əvvəlindən "Sabah"ın sükanı arxasında çalışır.

Son xəbərlər

Orphus sistemi