Kiyev "Dinamo"su önündə "Keşlə"yə qazandırdığı kubokla öyündü

Kiyev "Dinamo"su önündə "Keşlə"yə qazandırdığı kubokla öyündü Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Yuri Maksimov ölkə kubokunun finalında Kiyev "Dinamo"su ilə keçirəcəkləri oyundan danışıb.
Futbol
7 İyul , 2020 13:53
Kiyev Dinamosu önündə Keşləyə qazandırdığı kubokla öyündü
Yuri Maksimov

"Vorskla" klubunun baş məşqçisi Yuri Maksimov Ukrayna Kubokunun finalında Kiyev "Dinamo"su ilə keçirəcəkləri oyundan danışıb.

"Report"un məlumatına görə, 52 yaşlı mütəxəssis paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində iki il öncə "Keşlə"nin sükanı arxasında Azərbaycan Kubokunu qazandığını xatırladıb.

Həlledici görüşdə həmyerlisi Roman Qriqorçukun başçılıq etdiyi "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etmiş Maksimov favoritlərin heç də hər zaman qalib gəlmədiyini bildirib: "Dinamo" "Dinamo"dur. Biz döyüşdə azyaşlı oğlanlar olmaq istəmirik. Hərdən belə də olur ki, bir komanda güclü görünür, amma digəri qələbə qazanır. Axı, "Vorskla" 2009-cu ildəki finalda "Şaxtyor"u məğlub etmişdi".

"Vorskla" ilə "Dinamo" arasındakı final matçı iyulun 8-də keçiriləcək.

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"yə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi