Ukraynalı məşhur qapıçı karyerasını başa vurub

Ukraynalı məşhur qapıçı karyerasını başa vurub Bu barədə komandanın baş məşqçisi açıqlama verib
Futbol
13 Dekabr , 2016 09:32
Ukraynalı məşhur qapıçı karyerasını başa vurub

Bakı. 13 dekabr. REPORT.AZ/ Ukraynanın "Dinamo" (Kiyev) komandasının qapıçısı Aleksandr Şovkovski karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə klubun baş məşqçisi Sergey Rebrov açıqlama verib.

O bildirib ki, məşhur qapıçı qərarını "Şaxtyor"a 3:4 hesabı ilə uduzduqları görüşdən sonra açıqlayıb: "Şovkovski paltardəyişmə otağında komanda ilə vidalaşdı və alqışlarla yola salındı. Saşa komandaya illərini verib. O, böyük hörmətə layiqdir".

Qeyd edək ki, Aleksandr Şovkovski 1993-cü ildən Kiyev "Dinamo"sunda forma geyinib. Lakin həmin il o, Ukrayna MOİK-inə icarəyə verilib. Şovkovski 1994 - 2012-ci illərdə Ukrayna yığmasına dəvət alıb. 

Son xəbərlər

Orphus sistemi