Ukraynalı tanınmış hücumçu millimizin futbolçusunu təriflədi

Ukraynalı tanınmış hücumçu millimizin futbolçusunu təriflədi Ukraynalı futbolçu Artyom Milevski "Minay"da komanda yoldaşı olmuş Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin qolçuluq bacarığından bəhs edib.
Futbol
770
7 İyun , 2021 14:52
Ukraynalı tanınmış hücumçu millimizin futbolçusunu təriflədi
Artyom Milevski

Ukraynalı futbolçu Artyom Milevski "Minay"da komanda yoldaşı olmuş Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin qolçuluq bacarığından bəhs edib.

"Report"un məlumatına görə, ötənlərin tanınmış forvardı Nuriyevin daha çox fərqləndiyini bildirib.

"Daim müdafiədən oynadığımızdan, qol imkanlarımız olmurdu. Bircə Nuriyevə "afərin" düşür. O, daha çox qol vurdu, simvolik yığmaya düşdü. Gözəl iş gördü. Məndə isə hər şey gözlədiyim kimi alınmadı" deyə o, 25 yaşlı hücumçunu tərifləyib.

Qeyd edək ki, "Minay" 2020/2021 mövsümündə Ukrayna Premyer Liqasında sonuncu - 14-cü yeri tutaraq, aşağı liqaya enib. Anatoli Nuriyev isə 10 qol vuraraq, bombardirlər siyahısında "Zarya"nın futbolçusu Şahab Zahedi ilə birgə 3-4-cü yerləri bölüşüb.

Son xəbərlər

Orphus sistemi