Ukraynalı futbolçu: "Sumqayıt" məni heyətinə qatmaq istəyirdi"

Ukraynalı futbolçu: "Sumqayıt" məni heyətinə qatmaq istəyirdi" 2018-ci ildə Staldan ayrıldıqdan sonra Ukrayna və Azərbaycandan təkliflərim var idi.
Futbol
12 May , 2020 16:58
Ukraynalı futbolçu: Sumqayıt məni heyətinə qatmaq istəyirdi

"2018-ci ildə "Stal"dan ayrıldıqdan sonra Ukrayna və Azərbaycandan təkliflərim var idi".

"Report"un məlumatına görə, bunu Ukraynanın I Divizionunda mübarizə aparan "Minay" klubunun futbolçusu Anatoli Nuriyev çempionatın rəsmi saytına açıqlamasında deyib. 

24 yaşlı hücumçu bildirib ki, həmin vaxt "Sumqayıt" onun xidmətində maraqlı olub: "Məni öz sıralarına qatmaq istəyirdilər. Amma düşündüm ki, ora karyeramın sonunda, yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır. Çünki oynamaq və inkişaf etmək istəyirdim. Zaman göstərdi ki, "Minay" variantını əbəs yerə seçməmişəm".

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Anatoli Nuriyev 41 oyunda meydana çıxıb və 21 qol vurub.

Son xəbərlər

Orphus sistemi