Ukraynalı futbolçu Rusiyada qalmaqala səbəb olub

Ukraynalı futbolçu Rusiyada qalmaqala səbəb olub Bakı. 15 avqust. REPORT.AZ/ Yunanıstanın PAOK komandasının futbolçusu Yevgeni Xaçeridi Çempionlar Liqasının III təsnifat mərhələsində Rusiyada Moskva “Spartak”ı ilə cavab oyunuda qalmaqala səbəb olub.
Futbol
15 Avqust , 2018 12:09
Ukraynalı futbolçu Rusiyada qalmaqala səbəb olub

Bakı. 15 avqust. REPORT.AZ/ Yunanıstanın PAOK komandasının futbolçusu Yevgeni Xaçeridi Çempionlar Liqasının III təsnifat mərhələsində Rusiyada Moskva “Spartak”ı ilə cavab oyunuda qalmaqala səbəb olub.

“Report” xəbər verir ki, insident evdə 3:2 hesabı ilə qalib gələn Saloniki təmsilçisinin səfərdə qolsuz heç-heçə sayəsində pley-offa vəsiqə qazandığı görüş başa çatandan sonra baş verib. 31 yaşlı müdafiəçi yerli azarkeşlərin PAOK futbolçularını fitə basmasına cavab olaraq, getrlərini aşağı çəkib və əli ilə üzərində ölkəsinin bayrağının rəngləri olan ayaq qoruyucularını işarə edib.

Rusiya və Ukrayna arasında münasibətlərin gərgin olması səbəbi ilə Xaçeridinin Moskvada bu cür davranışı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, PAOK pley-offda Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.  

Son xəbərlər

Orphus sistemi