Ukraynalı futbolçu Rusiya klubuna keçdi

Ukraynalı futbolçu Rusiya klubuna keçdi Belarusun "Dinamo" (Brest) klubunun ukraynalı futbolçusu Aleksandr Noyok Rusiya "Orenburq"una keçib.
Futbol
21 Yanvar , 2021 00:14
Ukraynalı futbolçu Rusiya klubuna keçdi

Belarusun "Dinamo" (Brest) klubunun ukraynalı futbolçusu Aleksandr Noyok Rusiya "Orenburq"una keçib.

"Report"un məlumatına görə, bu barədə 28 yaşlı yarımmüdafiəçi və onun yeni klubu instaqramda paylaşım edib. Lakin onlar müqavilə müddətini açıqlamayıblar.

Qeyd edək ki, Aleksandr Noyok Brest "Dinamo"sunda 2018-ci ildən forma geyinməyə başlayıb. O, əvvəllər Ukraynanın "Şaxtyor" (Donetsk), "Metallist", Belarusun "Dinamo" (Minsk) və digər komandalarda çıxış edib. "Orenburq" Rusiyanın səviyyəcə ikinci sayılan Milli Futbol Liqasında mübarizə aparır və bu mövsüm 26 oyundan 54 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi