Ukraynalı futbolçu danışılmış oyunların iştirakçısı olduğunu etiraf edib

Ukraynalı futbolçu danışılmış oyunların iştirakçısı olduğunu etiraf edib Ukrayna millisinin və Rusiyanın "Spartak" (Moskva) klubunun sabiq futbolçusu Maksim Kaliniçenko danışılmış oyunların iştirakçısı olub.
Futbol
6 Oktyabr , 2021 22:13
Ukraynalı futbolçu danışılmış oyunların iştirakçısı olduğunu etiraf edib
Maksim Kaliniçenko

Ukrayna millisinin və Rusiyanın "Spartak" (Moskva) klubunun sabiq futbolçusu Maksim Kaliniçenko danışılmış oyunların iştirakçısı olub.

"Report"un məlumatına görə, veteran yarımmüdafiəçi bu barədə özünün teleqram kanalında yazıb.

Kaliniçenko bu cür hadisənin iki dəfə baş verdiyini etiraf edib: "Karyeramın başlanğıcı idi. Amma bunun mərc oyunları ilə heç bir bağlılığı yoxdur. Açığı, qarşılaşmalardan birini xatırlamıram, amma ikincisi bir az yaddaşımda qalıb. Komandanın adını çəkməyəcəyəm, bizə qələbə lazım idi. Klub yaşamaq uğrunda mübarizə aparırdı. Hər şey yaxşı gedirdi, sadəcə, qol vura bilmirdik. Birdən rəqibin oyunçusu 40 metrdən topu necə vurdusa, qapıçı yalnız seyr etdi. Bir az panikaya düşdük. Digər tərəfdən, rəqib qolkiperin heç nədən xəbəri yox imiş. Çox çətinliklə hesabı bərabərləşdirdik, qolu isə mən vurdum".

Keçmiş futbolçunun sözlərinə görə, qələbə topu da çətinliklə vurulub: "Hamı əsəbidir, qapıçı 2-ci qola imkan vermir. Matçın sonlarına doğru rəqib müdafiəçi mənə "qaç" deyərək, cərimə meydançasına yolumu açdı. Mən isə axmaqcasına qaçdım. Birdən arxadan məni yıxdı və hakim penalti təyin etdi. Heç kim 11 metrlik nöqtəyə yaxınlaşmağa risk etmirdi. Çünki qapıçı məsələdən xəbərsiz idi. Dəqiq xatırlamıram, kimsə penaltini qola çevirdi və biz qələbə qazandıq. Əlbəttə, heç kim bu "qələbə"yə görə bizə mükafat təklif etmədi (gülür).

Qeyd edək ki, Maksim Kaliniçenko Moskva "Spartak"ı ilə yanaşı, ölkəsində "Dnepr" və "Tavriya" klublarının da formasını geyinib. O, Ukrayna millisinin heyətində keçirdiyi 47 oyunda 7 qol vurub.

Son xəbərlər

Orphus sistemi