​Ukraynalı futbolçu: "Azərbaycandan təklif almışam"

​Ukraynalı futbolçu: "Azərbaycandan təklif almışam" 26 yaşlı forvard Odessa klubunu tərk edir
Futbol
110
17 İyun , 2015 02:27
​Ukraynalı futbolçu: Azərbaycandan təklif almışam

Bakı. 17 İyun. REPORT.AZ/ Ukraynanın Odessa şəhərini təmsil edən "Çernomorets" klubunun hücumçusu Denis Vasin komandanı tərk edir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, o Azərbaycandan təklif alıb.

"Mən "Çernomorets"dən gedirəm. Təklif təkcə Ukraynadan deyil, Qazaxıstan, Azərbaycan, Belarus və Çindən də var. Lakin ölkəmizdə qalmaq istərdim. Ümid edirəm ki, burada hər şey qaydasına düşəcək", — deyə Vasin bildirib.

Son xəbərlər

Orphus sistemi