Ukraynalı futbolçu ailəsi ilə birlikdə itkin düşüb

Ukraynalı futbolçu ailəsi ilə birlikdə itkin düşüb Ukraynanın "Viktoriya" klubunun futbolçusu Yuri Tsapi itkin düşüb.
Futbol
13 Mart , 2022 15:25
Ukraynalı futbolçu ailəsi ilə birlikdə itkin düşüb

Ukraynanın "Viktoriya" klubunun futbolçusu Yuri Tsapi itkin düşüb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi və ailəsi ilə əlaqə kəsilib.

Yaxınlarının sözlərinə görə, onlar Rusiya qoşunlarının mühasirəyə aldığı Mariupolda yaşayırdı.

Qeyd edək ki, Yuri Tsapi ölkəsinin "Qornyak-Sport", "Poltava" və "Nikolayev" komandalarının da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi