Ukraynadakı futbol matçında məşqçi hakimi döyüb

Ukraynadakı futbol matçında məşqçi hakimi döyüb Ukrayna Kubokunun II turunda "Olimpiya" və "Volçansk" komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb.
Futbol
19 Avqust , 2021 13:11
Ukraynadakı futbol matçında məşqçi hakimi döyüb

Ukrayna Kubokunun II turunda "Olimpiya" və "Volçansk" komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb.

"Report"un məlumatına görə, "Olimpiya"nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra baş hakimə etirazlarını bildirib.

Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək hakimə hücum edib və onu döyməyə başlayıb. Mütəxəssisi oyunçular sakitləşdirə bilib.

Qeyd edək ki, matç "Volçansk"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi