Ukraynada baş məşqçi oyun vaxtı bir zərbə ilə hakimi nokauta salıb

Ukraynada baş məşqçi oyun vaxtı bir zərbə ilə hakimi nokauta salıb Futzal matçında insident baş verib
Futbol
26 Oktyabr , 2017 17:51
Ukraynada baş məşqçi oyun vaxtı bir zərbə ilə hakimi nokauta salıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ukraynada həvəskarlardan ibarət "Viva Cup" futzal komandasının "Virta" ilə keçirdiyi oyun zamanı insident baş verib. 

"Report"un məlumatına görə, "Viva Cup"un baş məşqçisi və rəhbəri Roman Peradze görüşün baş hakimi Vasili Çerniçenkonu bir zərbə ilə nokauta salıb.

Bu, referinin komandanın oyunçusuna ikinci sarı vərəqə verərək onu meydandan qovmasından sonra olub. Nəticədə oyun dayandırılıb və Peradzenin komandasına texniki məğlubiyyət verilib. 

Son xəbərlər

Orphus sistemi