Ukrayna Premyer Liqasının formatı dəyişdiriləcək

Ukrayna Premyer Liqasının formatı dəyişdiriləcək Əsas fərq "pley-off" sistemidir
Futbol
25 Aprel , 2017 11:38
Ukrayna Premyer Liqasının formatı dəyişdiriləcək

Bakı. 25 aprel. REPORT.AZ/ Gələn mövsüm Ukrayna Premyer Liqasında "pley-off" sistemi tətbiq olunacaq.

"Report"un məlumatına görə, bu barədə Liqanın prezidenti Vladimir Geninson Kiyevdə klub rəsmiləri ilə görüş zamanı açıqlama verib. O bildirib ki, yeni format aprelin 26-dək qəbul olunacaq: "12 komandanın iştirakı ilə 4 dövrədən ibarət çempionat keçirəcəyik. 2 mərhələnin hər biri 2 dövrəli olacaq. Hazırkı mövsümlə müqayisədə əsas fərq "pley-off" sistemidir. Bizə iki gün vaxt verin ki, qərarımızı rəsmən açıqlayaq".

Qeyd edək ki, hazırda Ukrayna Premyer Liqasında Azərbaycan yığmasının futbolçularından Dmitri Nağıyev "Dnepr"də, Pavel Paşayev isə "Stal"da çıxış edir.  

Son xəbərlər

Orphus sistemi