Dünya çempionatının seçmə qrup oyunu neytral stadionda keçiriləcək

Dünya çempionatının seçmə qrup oyunu neytral stadionda keçiriləcək Ukrayna - Kosova oyununun məkanı müəyyənləşib
Futbol
23 Sentyabr , 2016 15:43
Dünya çempionatının seçmə qrup oyunu neytral stadionda keçiriləcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa ölkələri üzrə seçmə mərhələsində İ qrupunun Ukrayna - Kosova oyununun yeri müəyyənləşib. "Report"un Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Polşanın Krakov şəhərində keçiriləcək.

Ukrayna eyni qrupda mübarizə apardığı Kosovanı tanımadığından, FİFA-ya matçın neytral meydançada keçirilməsi xahişi ilə müraciət edib. Ali futbol qurumu müraciəti müsbət cavablandırıb. Sentyabrın 26-da yerli federasiya nümayəndələri Krakova gedərək stadionun təyin olunması üçün baxış keçirəcəklər. Bundan sonra matçın Henrik Reyman adına şəhər stadionu və ya "Krakovya stadionu"nda təşkilinə qərar veriləcək.

Qeyd edək ki, Ukrayna - Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi