Ukrayna klubunun xeyriyyə oyunlarından əldə etdiyi gəlir açıqlanıb

Ukrayna klubunun xeyriyyə oyunlarından əldə etdiyi gəlir açıqlanıb Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun iki xeyriyyə matçından əldə etdiyi gəlir açıqlanıb
Futbol
26 Aprel , 2022 14:54
Ukrayna klubunun xeyriyyə oyunlarından əldə etdiyi gəlir açıqlanıb

Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun iki xeyriyyə matçından əldə etdiyi gəlir açıqlanıb.

"Report" Donetsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində "Fənərbağça" ilə görüş vitse-çempiona 5 milyon qrivna (281 168 manat) qazandırıb.

Klub Yunanıstanda "Olimpiakos"la dueldən 3,2 milyon qrivna (179 947 manat) əldə edib. "Şaxtyor" iki xeyriyyə matçından 8,2 milyon qrivna (461 115 manat) qazana bilib.

Toplanan vəsait Ukrayna vətəndaşlarına və həkimlərə, həmçinin müharibədən zərər çəkmiş uşaqlara yardım məqsədi ilə veriləcək.

Qeyd edək ki, "Şaxtyor" mayın 1-də Xorvatiyada "Hajduk"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi