Ukrayna klubunun 4 üzvü koronavirusa yoluxdu

Ukrayna klubunun 4 üzvü koronavirusa yoluxdu Ukraynanın I liqasında mübarizə aparan Rux klubu futbolçular, məşqçilər heyəti və əməkdaşlarının koronavirus testlərinin nəticələrini açıqlayıb.
Futbol
20 İyun , 2020 10:32
Ukrayna klubunun 4 üzvü koronavirusa yoluxdu

Ukraynanın I liqasında mübarizə aparan "Rux" klubu futbolçular, məşqçilər heyəti və əməkdaşlarının koronavirus testlərinin nəticələrini açıqlayıb.

"Report"un məlumatına görə, 3 oyunçu və 1 klub işçisində infeksiya aşkarlanıb.

Virusa yoluxan futbolçulardan 2-si müdafiəçi, 1-i yarımmüdafiəçidir. Daha bir neçə oyunçunun vəziyyəti isə şübhəlidir. Dərhal karantinə alınan komanda üzvləri yaxın günlərdə ikinci dəfə testdən keçiriləcəklər.

Bununla bağlı yerli assosiasiyanın tibbi və idman komitəsinə, həmçinin Peşəkar Futbol Liqasına məlumat verən Lvov təmsilçisi iyunun 24-nə nəzərdə tutulan XX turun "Aqrobiznes"lə ev oyununun təxirə salınmasını xahiş edib.

Qeyd edək ki, Ukraynada daha əvvəl "Karpatı" klubunun 26 üzvündə koronavirus aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi