Ukrayna klubunun 11 futbolçusu oyun satdıqları üçün qovulub

Ukrayna klubunun 11 futbolçusu oyun satdıqları üçün qovulub Futbolçular hər oyuna 700 dollar və 1000 dollar aldıqlarını təsdiqləyiblər
Futbol
7 Dekabr , 2015 19:10
Ukrayna klubunun 11 futbolçusu oyun satdıqları üçün qovulub

Bakı. 7 dekabr. REPORT.AZ/ Ukraynanın "Zarya" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasından 11 oyunçu kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə klubun baş direktoru Sergey Rafailov daxili araşdırma nəticəsində qərar verdiklərini bildirib. 

O deyib ki, Valentin Veliki, İvan Volik, Aleksey Olençenko, Sergey Romanov, Yeqor Skvortsov, Maksim Slyusar, Pavel Smirnov, Aleksandr Soldatenko, Vladislav Sidorenko, Vladislav Filenkov və Denis Şapoçkanın oyun satdıqları müəyyənləşib. Futbolçular lazımi nəticənin əldə olunması qarşılığında hər oyuna 700 dollar və 1000 dollar aldıqlarını təsdiqləyiblər.

Rafailov "satqınlar"ın digər komandalarda peyda olmamaları üçün əlindən gələni edəcəyini bildirib: "Bəzi futbolçuların özləri danışılmış oyunda iştirak istəklərini bildirdilər. Oyunçulardan biri mənə dedi: "300 dollar maaş alıram. Necə dolanım?" Mən isə ondan soruşdum: "Anan nə qədər qazanır?" Deyir ki, 2000 qrivna. Bu isə cəmi 85 dollar edir".

Son xəbərlər

Orphus sistemi