Ukrayna klubunun 11 futbolçusu koronavirusa yoluxdu

Ukrayna klubunun 11 futbolçusu koronavirusa yoluxdu Ukraynanın "Krivbass" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.
Futbol
601
3 Oktyabr , 2020 15:29
Ukrayna klubunun 11 futbolçusu koronavirusa yoluxdu

Ukraynanın "Krivbass" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

"Report"un məlumatına görə, komandanın baş məşqçisi Gennadi Prixodko "Metaratings" nəşrinə açıqlamasında 11 futbolçuda virus aşkarlandığını bildirib.

47 yaşlı mütəxəssis vurğulayıb ki, infeksiyaya yoluxanların 8-i əsas heyət üzvləridir.

Qeyd edək ki, "Krivbass" klubu 2020/2021 mövsümündən II liqada çıxış edir.

Son xəbərlər

Orphus sistemi