Ukrayna klubunda sağlam qapıçı qalmadı, Premyer Liqa matçı təxirə salındı

Ukrayna klubunda sağlam qapıçı qalmadı, Premyer Liqa matçı təxirə salındı Ukrayna Premyer Liqasının 10-cu turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı təxirə salınıb.
Futbol
474
19 Noyabr , 2020 18:14
Ukrayna klubunda sağlam qapıçı qalmadı, Premyer Liqa matçı təxirə salındı

Ukrayna Premyer Liqasının 10-cu turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı təxirə salınıb.

"Report" Ukrayna Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb meydan sahiblərində koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.

"Olimpik"də oyunda iştirak edə biləcək sağlam qapıçı qalmayıb. Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də gerçəkləşməyəcək.

Qeyd edək ki, "Olimpik" - "Zarya" matçı noyabrın 21-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi ilə bağlı qərar daha sonra açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi