Ukrayna Futbol Assosiasiyasının iddiası qəbul edildi

Ukrayna Futbol Assosiasiyasının iddiası qəbul edildi İdman Arbitraj Məhkəməsi (CAS) Ukrayna Futbol Assosiasiyasının (UAF) UEFA-ya qarşı iddiasını qeydə alıb.
Futbol
292
11 Dekabr , 2020 15:15
Ukrayna Futbol Assosiasiyasının iddiası qəbul edildi

İdman Arbitraj Məhkəməsi (CAS) Ukrayna Futbol Assosiasiyasının (UAF) UEFA-ya qarşı iddiasını qeydə alıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, UAF-nin şikayəti Millətlər Liqasının sonuncu - VI turunun İsveçrə ilə oyununun baş tutmamasına görə yığmaya verilmiş texniki məğlubiyyətlə bağlıdır.

Məhz bu nəticədən sonra Ukrayna seçməsi A Liqasını tərk edib.

Qeyd edək ki, Ukrayna millisinin heyətində koronavirusa yoluxma halları aşkarlandığı üçün qarşılaşma ləğv edilmişdi.

Son xəbərlər

Orphus sistemi