Ukrayna dünya çempionatının Rusiyada keçirilməsini istəmir

Ukrayna dünya çempionatının Rusiyada keçirilməsini istəmir Bu barədə federasiya prezidenti açıqlama verib
Futbol
29 Dekabr , 2016 13:02
Ukrayna dünya çempionatının Rusiyada keçirilməsini istəmir

Bakı. 29 dekabr. REPORT.AZ/ Ukrayna Futbol Federasiyasının prezidenti Andret Pavelko 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına mümkün səfərindən danışıb. 

"Report"un məlumatına görə, A.Pavelko mundialın Rusiyada keçirilməsini istəmədiklərini bildirib.

O, dünya çempionatında iştirak etmək niyyətində olduqlarını da söyləyib: "Dünya çempionatında çıxış etməyi çox istəyirik. Hələ mundiala vəsiqə qazanıb-qazanmadığımız məlum deyil. İlk olaraq bunu həll edək. Daha sonra gedib-getməyəcəyimizə qərar verərik. Vəsiqə qazanacağımız təqdirdə Rusiyaya getməklə bağlı qərarı federasiyanın İcraiyyə Komitəsi verəcək. Ancaq dünya çempionatının Rusiyada keçirilməsini istəmirik".

A.Pavelko 2017-ci il sentyabrın 2-də Türkiyə ilə evdə keçiriləcək seçmə mərhələ oyunundan da söz açıb: "Türkiyə ilə oyuna hazırlaşmalıyıq. Heç bir qanun pozuntusunun qeydə alınmaması üçün səfirlik və yerli nümayəndələrlə birgə işləyirik. Oyunun hansı stadionda keçirilməsinə İcraiyyə Komitəsi qərar verəcək. Bütün mümkün variantları müzakirə edəcəyik. Təhlükəsiz məkanı seçəcəyik. Bu oyun bütün lazımi orqanların diqqət mərkəzində olacaq".

Son xəbərlər

Orphus sistemi