Ukrayna - Bolqarıstan matçı stadiondakı yanğına görə ləğv oluna bilər

Ukrayna - Bolqarıstan matçı stadiondakı yanğına görə ləğv oluna bilər Ukrayna millisinin evdə Bolqarıstana qarşı keçirməli olduğu yoldaşlıq görüşü ləğv edilə bilər.
Futbol
11 Noyabr , 2021 17:05
Ukrayna - Bolqarıstan matçı stadiondakı yanğına görə ləğv oluna bilər

Ukrayna millisinin bu gün evdə Bolqarıstana qarşı keçirməli olduğu yoldaşlıq görüşü ləğv edilə bilər.

"Report" "Korrespondent.net" saytına istinadən xəbər verir ki, buna səbəb matçın oynanılacağı "Çernomorets" stadionunda yanğın başlamasıdır.

Odessa şəhərində yerləşən arenanı görüşün startına bir neçə saat qalmış qatı tüstü bürüyüb. Stadionda baş verən yanğın sosial şəbəkələrdə də fəal müzakirə olunur. Hələlik qarşılaşmanın ləğvi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:30-da start götürməlidir.

Son xəbərlər

Orphus sistemi