Ufuk Budak Azərbaycan milli komandasının mart toplanışında iştirak etməyəcək

Ufuk Budak Azərbaycan milli komandasının mart toplanışında iştirak etməyəcək 28 yaşlı müdafiəçinin yığmaya qayıdışı bu ay baş tutmayacaq
Futbol
14 Mart , 2018 09:49
Ufuk Budak Azərbaycan milli komandasının mart toplanışında iştirak etməyəcək

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin I Liqa klubu “Samsunspor”un futbolçusu Ufuk Budak Azərbaycan milli komandasının mart toplanışında iştirak edə bilməyəcək.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, XXVII turda səfərdə “Qaziantepspor”a 1:2 hesabı ilə uduzduqları görüşdə qasıq nahiyyəsində problem yaranan 28 yaşlı sol cinah müdafiəçisi yığmanın düşərgəsinə gələ bilməyəcəyi üçün üzrxahlıq edib.

Onun zədə üzündən martın 18-də “Boluspor”la səfər matçında da iştirak etməyəcəyi bildirilir. Budakın aprelin 1-də XXIX turda “Adanaspor”la səfər oyununda oynaya biləcəyi ehtimal edilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı Qurban Qurbanovun Ufuk Budakı martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə keçiriləcək yoldaşlıq oyunları üçün milliyə dəvət etdiyini yazıb.

Son xəbərlər

Orphus sistemi